| 
						
						Azərbaycan Respublikasında xoreoqrafiya sənəti 
						ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini 
						nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların 
						hazırlanmasını təmin etmək məqsədi ilə, Azərbaycan 
						Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci 
						bəndini rəhbər tutaraq   
						
						
						QƏRARA ALIRAM:  
						
						1. Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta 
						ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı 
						Xoreoqrafiya Akademiyası yaradılsın. 
						
						2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm 
						Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu Sərəncamın 
						1-ci hissəsində qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin 
						binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya 
						Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla 
						təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində 
						Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. 
						
						3. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 
						
						3.1. Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin 
						layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan 
						Respublikasının Prezidentinə təqdim etsin; 
						
						3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll 
						etsin.  
						
						
						İlham ƏLİYEV,Azərbaycan Respublikasının Prezidenti
 Bakı şəhəri, 30 aprel 2014-cü il
 |