Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Şahmat üzrə Bakı şəhər birinciliyi başa çatıb

 

Böyütmək üçün şəkili seçinBu günlərdə Respublika Şahmat Mərkəzində 2004-2005-ci il təvəllüdlü 10 yaşadək oğlanlar və qızlar arasında şahmat üzrə Bakı şəhər birinciliyi keçirilib. Bakı Şəhər  Gənclər və İdman Baş İdarəsi tərəfindən keçirilən yarışda Bakı şəhəri üzrə1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat-Dama İdman Məktəbi, 2  nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbi, 3 nömrəli Uşaq-Gənclər Şahmat İdman Məktəbi, 19 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi,  Həmkarlar İttifaqının Respublika Şahmat-Dama Klubu, "Əlifba" Uşaq Tədris Evi, "Ay Ulduz" İdman Klubu, "Sərhədçi" İdman Olimpiya Mərkəzi, "İnter" Professional İdman Klubu,  Nizami rayonu Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, T.İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayı, "Neftçi" İdman Sağlamlıq Mərkəzi və Respublika Şahmat Klubunu təmsil edən 108 nəfər idmançı (onlardan 28 nəfəri qızlardır) iştirak edib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülovdan aldığımız məlumata görə, beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadənin rəhbərliyi ilə yarışlar İsveçrə sistemi üzrə keçirilib. Yekun nəticələrə əsasən oğlanlar arasında I yeri 9 xalla Vüqar Manafov (1 nömrəli  İOEUGŞDİM), II yeri 7 xalla Mətin Mürsəlli (2 nömrəli  UGŞİM), III yeri 7 xalla Zaur Balayev (3 nömrəli  UGŞİM), qızlar arasında I yeri 6,5 xalla Arzu Orucova (3 nömrəli  UGŞİM), II yeri 6,5 xalla Nəcibə Orucova (RİOEUGŞM), III yeri 6,5 xalla Səyyarə Məmmədzadə (RİOEUGŞM) tutublar. Bundan əlavə oğlanlar arasında IV yeri 7 xalla tutmuş Mirmusa Feyziyev (3 nömrəli UGŞİM) və qızlar arasında IV yeri 6,5 xalla tutmuş Nigar Allahverdiyeva (RİOEUGŞM) da bu ilin iyun ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanıblar.

Yarışın bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə koordinator-kuratoru Salman Əbdülov qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıb. Yarışda I, II və III yerləri tutmuş idmançılar Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar. 

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov