Yazıçı-jurnalist
Akif Kərimlinin bu günlərdə "Apostrof" nəşriyyatı
tərəfindən çapdan buraxılmış "Zəngilanın idman həyatı"
kitabında 1941-2013-cü illərdə Zəngilan rayonunun idman
həyatı haqqında mətbuatda gedən materiallar, rayonun
idman şərəfini qoruyan idmançılar, yeniyetmə uşaqları
müntəzəm surətdə idmana cəlb edən fiziki tərbiyə
müəllimləri haqqında yazılar yer alıb.
Kitabda Zəngilan rayonunun sayılıb-seçilən
idmançılarından üçqat dünya və Avropa çempionu (karate
və hərbi idman çoxnövçülüyü üzrə) Siyavuş Bayramov,
dünya və Avropa çempionları Orxan Əhmədov (yunan-Roma
güləşi), Nurlan və Arzuman Qədimov qardaşları (kinq -
boks), Asiman Qurbanlı (karate do), Tural Səfquluyev
(cüdo), Mais Əliyev (karate), Zaur Məmmədli (karate),
Nicat Orucov, Anar Kərimli (karate do və idman
çoxnövçülüyü üzrə), yeniyetmələr arasında boks üzrə
Avropa çempionu Araz Gülməmmədov, Elçin İsmayılov
(cüdo), Orxan Məmmədli (Hap Ki Do), beynəlxalq turnirin
qalibləri Kənan Həsənov (karate), Sadiq Səfərli (karate
do), Əvəz Əmiraslanov (boks), Sayad və Zülfiyyə Kərimli
bacıları, Müqabil Məmmədov (taekvando), Roman Əliyev
(yunan-Roma güləşi), Toğrul Nəcəfli (taekvando),
Mirzəxan Kərimli, Anar Hüseynov (yunan-Roma güləşi) və
başqaları haqqında məlumatlar toplanıb. Kitaba ön sözü
yazıçı-publisist, Milli Məclisin deputatı İmamverdi
İsmayılov yazıb, redaktoru isə Dəmir Çeşməlidir.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |