Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın
təşkilatçılığı ilə futzal üzrə UEFA kubokunun
final mərhələsində iştirak etmək üçün Bakıda
səfərdə olan komandaların məşqçi və futbolçu
heyətinin məktəblilərlə görüşləri keçirilib.
İspaniyanın "Barselona" klubunun təmsilçiləri
"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində,
Rusiyanın "Dinamo" klubunun üzvləri Keşlə
qəsəbəsindəki 201 nömrəli tam orta məktəbdə,
təmsilçimiz "Araz" komandasının üzvləri Xətai
rayonundakı 269 nömrəli tam orta məktəbdə,
Qazaxıstanın "Kayrat" komandasının oyunçuları
189 nömrəli tam orta məktəbdə olublar.
Şagirdlərlə görüşən futbolçular onlara avtoqraf
verib, topla davranış bacarıqlarını nümayiş
etdirib, həvəskar oyunçulara ustad dərsi
keçiblər.
Bu görüşlərdə məqsəd futzalın kütləviliyinin
artırılması, uşaq və yeniyetmələrin sağlam həyat
tərzinə istiqamətləndirilməsindən ibarətdir. |