Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

"Kiçik  akademiya"  şagirdlərin istedad və bacarıqlarını inkişaf etdirir

 

Böyütmək üçün şəkili seçin Azərbaycanın Milli Qəhrəmanı Eldar Tağızadə adına Bakıdakı 164 nömrəli tam orta məktəb qabaqcıl təhsil  müəssisələrindən biridir. Məktəbdə  vətənpərvərlik mövzusunda tez-tez tədbirlər keçirilir. Torpağımıza məktəb illərində  formalaşan sevgi sonralar məhəbbətə, həyat idealına çevrilir. Bu ruhda böyüyən gənc nəslin nümayəndələri  cəmiyyətdə layiqli vətəndaş kimi  mövqe tutur. Milli birlik, dövlətçilik, azərbaycançılıq  ruhunun daşıyıcılarına çevrilir. Məktəbdə "Kiçik akademiya" da fəaliyyət göstərir. Bu, yaradıcılıq və elmi-tədqiqat işlərinə meyl və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin könüllü birliyidir.

Məktəbin direktoru Kəmalə Qədirova "Kiçik akademiya"nın fəaliyyətinə  diqqət yetirir, onların keçirdiyi konfranslarda iştirak edir, şagirdlərə tövsiyələrini verir və təcrübəli müəllimlərin bu işə cəlb olunmasına şərait yaradır. Burada əsasən  öz arzularına görə  elmi-tədqiqat  fəaliyyətinə meyl və maraq göstərən  VII-XI sinif şagirdləri iştirak edirlər. Şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətdə  sadə elmi araşdırmalar aparır, məruzə, referat və hesabatlar hazırlayırlar. "Kiçik akademiya" üzvləri   tez-tez  "dəyirmi masa"lar keçirir, araşdırmalar aparırlar. Bu şagirdlərin elmi yaradıcılığına marağını artırır, onların tədqiqatçılıq  bacarıqlarını inkişaf etdirir. Şagirdlər həm fərdi, həm də kollektiv şəkildə  tədqiqat aparır, məktəb kitabxanasına, Firudun bəy  Köçərli adına  Respublika Uşaq Kitabxanasına gedirlər. Kitabxananın biblioqrafiya şöbəsinin  müdiri Sevil Əhmədova  şagirdlərə tədqiqat işlərində yaxından kömək edir. Şagirdlərə bu işdə dəstək olan müəllimlər və "Kiçik akademiya"ya rəhbərlik edən məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  Təranə Bağırova  bu  birliyin elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri  vaxtında aşkara çıxarmaqda, mövcud yaradıcı potensialları nəzərə alınmaqla  onların gələcək peşə  istiqamətlərini  müəyyənləşdirməkdə mühüm rol oynayacaqlarına  ümid edirlər. Ulu öndər Heydər Əliyev deyirdi: "Gələcək bilikli, elmli insanların çiyinlərində qurulacaqdır".   

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov