Aprelin 21-də Bakı Dövlət Universitetində Azərbaycan
Respublikasının əməkdar hüquqşünası, cinayət hüququ və
kriminologiya kafedrasının müdiri, hüquq üzrə elmlər
doktoru, professor Firudin Səməndərovun anadan
olmasının 75, əmək fəaliyyətinin 45 illiyinin tamam
olması münasibətilə tədbir keçirilib. Tədbirdə
respublikanın tanınmış ziyalıları, o cümlədən
universitetin professor-müəllim heyəti, tələbələri
iştirak ediblər. Çıxış edən rektor, akademik Abel
Məhərrəmov F.Səməndərovun uzun illərdir ki,
universitetdə səmərəli fəaliyyətindən, hüquq elmi
sahəsində respublikada və xaricdə tanınıb qəbul
edilməsindən, bir çox dəyərli elmi əsərlərinin
olmasından, dəfələrlə beynəlxalq səviyyəli konfrans və
simpoziumlarda elmi məruzələrlə çıxış etməsindən
danışıb.
Daha sonra hüquq fakültəsinin dekanı, professor Əmir
Əliyev çıxış edərək Firudin Səməndərovun həyat və
yaradıcılıq yolu barədə məlumat verib. AMEA-nın müvafiq
institutlarının direktorları, professorlar Misir
Mərdanov, Tofiq Hacıyev çıxış ediblər.
Sonda çoxsaylı təbrikləri qəbul edən yubilyar tədbir
iştirakçılarına təşəkkürünü bildirib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |