Bakıdakı 225 nömrəli tam orta məktəbdə Ekologiya və
Təbii Sərvətlər Nazirliyi 22 aprel-Beynəlxalq Yer Günü
ilə əlaqədar tədbir keçirib. Tədbirdə məktəblilərə son
illərdə ətraf mühitin mühafizəsi ilə bağlı ETSN-i
tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat
verilib. Bildirilib ki, Beynəlxalq Yer Gününün qeyd
olunmasına XIX əsrin 40-cı illərindən başlanılıb.
Sonralar bu əlamətdar tarixi gün tədricən beynəlxalq
xarakter almışdır. Hazırda Beynəlxalq Yer Günü 150-yə
yaxın ölkədə, o cümlədən Azərbaycanda qeyd olunur.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |