Xəbər verdiyimiz kimi, Bakıda III "Univision" tələbə
mahnı müsabiqəsinin başlanması münasibətilə mətbuat
konfransı və püşkatma mərasimi keçirilmişdir. AzərTAc
xəbər verir ki, püşkatma nəticəsində Gənclər və İdman,
Mədəniyyət və Turizm nazirliklərinin dəstəyi ilə baş
tutacaq tələbə mahnı müsabiqəsinin 22 iştirakçısının
çıxışlarının ardıcıllığı müəyyənləşdirilmişdir.
Püşkatmanın nəticələrinə uyğun olaraq Bakı Dövlət
Universitetinin, Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik Akademiyasının, "Odlar Yurdu"
Universitetinin, Bakı Dövlət Sosial-İqtisad Kollecinin,
Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət İqtisad
Universitetinin, Bakı Humanitar Kollecinin, Bakı
Slavyan, Azərbaycan Tibb, Azərbaycan Dillər
universitetlərinin, Bakı İdarəetmə və Texnologiya
Kollecinin, Elm və Təhsil Mərkəzi "Təfəkkür"
Universitetinin, Azərbaycan Texniki Universitetinin,
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının, "ADA" Universitetinin, Azərbaycan
Kooperasiya, "Xəzər" universitetlərinin, Azərbaycan Əmək
və Sosial Münasibətlər Akademiyasının, Milli Aviasiya
Akademiyasının, Azərbaycan Memarlıq və İnşaat
Universitetinin nəzdində İnşaat Kollecinin, Azərbaycan
Dövlət Neft Akademiyasının təmsilçiləri müvafiq olaraq
1-dən 22-dək nömrə altında ardıcıl çıxış edəcəklər.
Müsabiqənin yarımfinal və final mərhələləri müvafiq
olaraq aprelin 15-də və 21-də Heydər Əliyev Sarayında
keçiriləcəkdir. Finalın qalibi ölkəmizi mayın 14-dən
21-dək Bakıda keçiriləcək II Beynəlxalq "Univision"
tələbə mahnı müsabiqəsində təmsil edəcəkdir. |