Aprelin 7-dən 10-dək Lənkəran Şahmat Məktəbində, şəhər
təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin birgə
təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin komandaları
arasında ümummilli lider Heydər Əliyevin anadan
olmasının 91-ci ildönümünə həsr olunmuş şahmat turniri
keçirilib. Yarış iştirakçıları əvvəlcə Lənkəran şəhər
mərkəzi meydanında ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət edib, önünə gül dəstələri düzüblər.
Turnirin açılış və bağlanış mərasimlərində Şahmat
Məktəbinin direktoru İdrak Dadaşov, təhsil şöbəsinin
nümayəndəsi Cəmil Axundov, Gənclər və İdman İdarəsinin
əməkdaşı Vüsal Cavadov çıxış edərək qeyd ediblər ki,
Heydər Əliyev xalqımızın xoşbəxt gələcəyi naminə,
memarı və qurucusu olduğu müstəqil Azərbaycanın
iqtisadi, siyasi, mənəvi həyatında misilsiz xidmətlər
göstərən dahi şəxsiyyətdir. Heydər Əliyev şəxsiyyətinin
müdrikliyi, böyüklüyü ondadır ki, onun ideyaları, əməli
fəaliyyəti təkcə bu günlə məhdudlaşmamış, həm də uzaq
gələcəyə ünvanlanmışdır.
Natiqlər ölkəmizdə idmana göstərilən dövlət
qayğısından danışaraq bildiriblər ki, 2015-ci ildə
şahmat üzrə Dünya kuboku və 2016-cı ildə
Ümumdünya Şahmat Olimpiadasının respublikamızda
keçirilməsi əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş və hazırda ulu öndərin siyasi
kursunun layiqli davamçısı Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin idmana göstərdiyi qayğının
parlaq nümunəsidir.
Gərgin keçən turnirin qaliblərinə Lənkəran Şəhər Təhsil
Şöbəsinin, Gənclər və İdman İdarəsi və şahmat
məktəbinin kubok və diplomları verilib.
R.ZİYADOV,
"Azərbaycan müəllimi" |