Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Tələbələr ekskursiyada olublar

 

Böyütmək üçün şəkili seçinNaxçıvan Özəl Universitetinin tarix ixtisasının III kurs tələbələrinin Naxçıvan Dövlət Tarix Muzeyinə ekskursiyası təskil edilib. Muzeyin elmi ekspozisiya şöbəsinin müdiri Nərminə Allahverdiyeva muzeydə nümayiş olunan eksponatlar barədə tələbələri ətraflı məlumatlandırıb. Qeyd olunub ki,  muzeydə 49000 eksponat yer alıb, onlardan da 3000-i muzey ekspozisiyasında qorunub saxlanılır. Eksponatlar arasında qədim dövrü əhatə edən məişət əşyaları, əmək alətləri, məzarüstü sənduqələr, orta əsrlər dövrünə aid milli geyimlərimiz, tarixi memarlıq abidələrimiz, milli musiqi alətləri, Azərbaycanın qədim dövlətçilik tarixini  əks etdirən eksponatlar, zərgərlik, xalçaçılıq nümunələri, XVIII əsrin sonu XIX əsrin əvvəllərini əhatə edən Naxçıvan ziyalıları haqqında materiallar yer alıb. Müasir dövrü əhatə edən  eksponatlar  arasında isə 1941-1945-ci illər  müharibə veteranları haqqında, 20 Yanvar, Xocalı faciəsini və 31 mart soyqırımını əks etdirən materiallar maraq doğurur.

Onu da qeyd edək ki, muzeydə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən yüzlərlə eksponat nümayiş etdirilir. Həmçinin ölkə başçısı İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi ilə əlaqədar imzaladığı sərəncama əsasən muzey ekspozisiyasında "Naxçıvan Muxtar Respublikası 90" adlı sərgi də nümayiş etdirilir. Sərgidə həmçinin muxtar respublikada istehsal olunan bir neçə sənaye məhsulları nümunələri də yer alıb. 

Nuray ƏSGƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov