Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM)
ənənəvi "Puşkiniana" keçirilmişdir. Müsabiqədə Bakıdan
və Azərbaycanın regionlarından məktəblilər iştirak
etmişlər.
RİMM-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki,
baxış-müsabiqəni Rusiya səfirliyi, "Rossotrudniçestvo"
agentliyinin Bakıdakı nümayəndəliyi, Azərbaycanın Rus
İcması və Rusdilli Təhsil Müəssisləri Müəllimləri
Assosiasiyası təşkil etmişdir.
"Rossotrudniçestvo" nümayəndəliyinin başçısı Valentin
Denisov "Puşkiniana" iştirakçılarını salamlamışdır.
Azərbaycanın hər yerindən gəlmiş orta məktəb, lisey və
gimnaziya şagirdləri "Mən özümə əbədi heykəl ucaltdım"
sənədli filminə baxdıqdan sonra öz bilik və
istedadlarını münsiflər heyəti qarşısında nümayiş
etdirmişlər.
"Puşkiniana-2014" layihəsi qaliblərinin təntənəli
mükafatlandırma mərasimi A.S.Puşkinin ad gününün və Rus
Dili Gününün qeyd olunduğu gün - iyunun 6-da
keçiriləcəkdir. |