Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin
keçirilməsi haqqında 22 noyabr 2013-cü ildə Sərəncam
imzalamışdır. Həmin sərəncamdan irəli gələn vəzifələri
əsas tutaraq, 15 aprel 2014-cü ildə Bakı şəhəri Nizami
rayonu 129 nömrəli tam orta məktəbdə Məhəmməd Əmin
Rəsulzadənin 130 illik yubileyinə həsr olunmuş geniş
tədbir keçirilib. Məktəbin tarix müəllimi Naimə
Məmmədovanın təşkilatçılığı ilə hazırlanmış tədbiri
aparıcılar Zülfüqar Ağayev və Xəyalə Lalayeva açıq elan
etmişlər. Daha sonra şagirdlərdən Adilə Kərimova,
Mətin Təhməzov, Mütalib Ağayev, Ləman Həsənova və
başqaları tədbirdə fəal iştirak etmiş, öz çıxışlarında
xalqımızın müstəqillik ideyalarının
gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik
ənənələri zəminində milli dövlət quruluşunun
dirçəldilməsində, milli istiqlal ideyalarının geniş
yayılmasında böyük xidmətlər göstərmiş və siyasi
publisistikası ilə ədəbi-ictimai fikir tariximizə
layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadim
haqqında tədbir iştirakçılarına geniş məlumat
vermişlər.
Murad UMUDLU,
Bakıdakı 129 nömrəli tam orta məktəbin X sinif şagirdi |