Bakıdakı 160 nömrəli Klassik Gimnaziyada İ.M.Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU)
təqdimatı olmuşdur.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki, təqdimatı
BMDTU-nun nümayəndəsi, məxsusən bunun üçün Bakıya gəlmiş
Larisa Vixrova etmişdir.
Bakı və Sumqayıt məktəblərinin yuxarı sinif şagirdləri
Rusiyanın qabaqcıl ali tibb məktəblərindən biri haqqında
maraqlı məlumat əldə etmişlər. Gimnaziyanın zalına
toplaşanlara universitetin tələbə və aspirantlarının
həyatı, təhsili barəsində foto və videomateriallar
nümayiş etdirilmişdir.
Larisa Vixrova sualları cavablandırmışdır. Gələcək
abituriyentlər bu ali məktəbə qəbul şərtləri ilə
maraqlanmışlar. |