Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

İKT-dən istifadə üzrə təlimlərdə müəllimlər fəallıq göstərirlər

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi "İctimai təşəbbüslərin dəstəklənməsi"  müsabiqəsində İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyevanın qalibi olduğu "Ucqar kənd müəllimlərinin sosial servislərdən tədris prosesində aktivliyinin artırılması" layihəsi bu gün uğurla həyata keçirilməkdədir.

 

 Altı ay ərzində davam edəcək layihə çərçivəsində təlimlərə İsmayıllının ucqar dağ kəndlərində pedaqoji fəaliyyət göstərən 300 nəfər müəllimin cəlb olunması nəzərdə tutulub. Artıq 150 nəfər müəllimə təlimlər keçirilib.

 Ötən ay təşəbbüs qrupunun üzvləri İsmayıllı rayonu İvanovka kəndinin müəllimləri ilə görüşərək onlara İKT-nin tədris prosesində tətbiqi sahəsində əldə olunan uğurlar, İKT-dən tədrisdə effektiv istifadə ilə bağlı təlimlər keçiblər.

Qrup iştirakçılarının sayı çox olduğundan  ayın sonunda həmin  müəllimlərlə yenidən çox maraqlı təlim və görüş keçirilib.  Görüş və təlimlər zamanı iştirakçılara bu layihə haqqında ətraflı məlumat verilib və Təhsil Nazirliyinin  layihəni  maliyyələşdirməsi xüsusi olaraq  vurğulanıb. Qeyd edilib ki, bu işə İsmayıllı RİH və RTŞ də böyük dəstək göstərir.

Pedaqoji kontingenti az olan məktəblərin müəllimləri üçün də 2 qrupda  təlimlər təşkil edilib. Təlimlər layihənin rəhbəri,  Veb 2.0 texnologiyalarının tədrisdə tətbiqi üzrə təlimçisi Surə Mehdiyeva, təşəbbüs qrupunun üzvü, İsmayıllı rayon 1 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, "1 şagird-1 kompüter" layihəsinin qalibi Bahar Abdullayeva, layihənin təlimçisi, İKT üzrə peşəkar ekspert, "Demokratik Gənclər" İctimai Birliyinin direktoru  Ramil Süleymanov və Veb 2.0 sosial servislər üzrə baş təlimçi, Bakıdakı Zərifə Əliyeva adına liseyin informatika müəllimi  Vəfa Vəliyeva tərəfindən uğurla həyata keçirilib. Təlimlər zamanı iştirakçılara İnternet resursları, tədrisdə İKT-nin rolu, bu istiqamətdə təşkil edilən müsabiqələr  haqqında ətraflı məlumat verilib. İştirakçılar təlimlər zamanı bloqlar yaratmağı öyrəniblər və təlim bitdikdən sonra yaratdıqları resursları öz bloqlarında yerləşdiriblər. Hazırda onlar iyun ayında keçiriləcək "Ən yaxşı bloq" müsabiqəsinə hazırlaşırlar.  

H.ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov