Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

"Narkomaniya və HİV-lə mübarizədə ictimai fəallığın artırılması"mövzusunda seminar

 

Aprelin 11-də Azərbaycan Müəllimlər İnstitutunun  Şamaxı filialında "Polisə Dəstək" İB-yi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının  maliyyə dəstəyi ilə "Narkomaniya və HİV-lə mübarizədə ictimai fəallığın artırılması"mövzusuna dair birgə, geniş seminar-mühazirə həyata keçirilmişdir.

Yığıncağı giriş sözü ilə filialın direktoru Tünzalə Yusifova açmış, iştirakçılara mövzu ətrafında məlumat vermişdir.

Sonra "Polisə Dəstək" İB-nin sədri Şəmsəddin Əliyev HİV infeksiyasının daşıyıcısı olan ilk pasiyentin 1981-ci ildə ABŞ-da qeydə alınması, 1982-ci ildə isə bu xəstəliyin ağır formasına  "Qazanılmış immunçatışmazlığı sindromu" adının verilməsi, 1983-cü ildə Fransada  və sonra Amerikada kəşf edilməsi barədə də məlumat vermişdir. Ötən illərdən bəri, yəni 25 il ərzində dünyada  63 milyon insanın HİV xəstəliyinə yoluxması, onların 25 milyon nəfərinin həyatlarını xilas etmək mümkün olmaması da iştirakçıların nəzərinə çatdırılmışdır. Təxminən xəstəliyin qurbanlarının 90%-i inkişaf etməkdə olan ölkələrdə yaşayır. Yoluxan şəxslərin 70%-ni  15-39 yaşda olanlar, 43%-ni qadınlar təşkil edir.

Tədbirdə Şamaxı RPİ-nin rəis əvəzi İ. Hüseynov, tələbələr  çıxış edərək məsələnin ciddiliyinə toxunmuşlar. Tədbirdə rayon İH başçısının müavini və rayon gənclər təşkilatının sədri iştirak etmişlər.

Hazırda Azərbaycanda müayinə olunaraq HİV diaqnozu təsdiq edilmiş  xəstələrin sayı 2224 nəfərdir.

Bu mənada insanların immunçatışmazlığı  virusunun, B və C hepatitlərinin yayılmasının, HİV-ə yoluxmuş şəxslərin inyeksion narkotik vasitələrindən  istifadənin qarşısını almaq, onların sosial reabilitasiyasını və cəmiyyətə inteqrasiyasını təmin etmək, habelə digər məqsədlərlə inyeksion narkotik istifadəçiləri arasında könüllülük əsasında əvəzedici müalicə proqramları tətbiq edilir. Tədbirdə Rayon İH-nin gənclər üzrə şöbəsinin  müdiri, RİH-nin  başçısının müavini çıxış etmişlər.

Seminar-mühazirənin keçirilməsində məqsəd ictimaiyyət, yüksək riskli əhali qrupları, miqrantlar, gənclər və yeniyetmələr arasında təhlükəsiz və məsuliyyətli davranışın  aşılanmasını, narkomaniyanın və HİV infeksiyasının əsas cəhətlərini, narkomaniyadan asılılıq və HİV-ə yoluxmadan qorunma yolları haqqında maarifləndirməni həyata keçirməkdən ibarət olmuşdur.

Eyni zamanda seminar-mühazirədə qarşıda duran əsas vəzifələrə də toxunulmuşdur.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov