Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə
təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı
beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici
mükafatlarının təntənəli təqdimat mərasimi
keçirilmişdir.
Mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra
Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya
Azərbaycanlılar Konqresinin Həştərxan regional
bölməsinin sədri Ədalət Hüseynov, "Azərbaycan" milli
mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, Rusiyanın
Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional
bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri
və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak
etmişlər.
Rəşid Ağayev çıxış edərək Heydər Əliyev Fondunun
fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.
Məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər
Əliyev Fondu adından həvəsləndirici mükafatlar təqdim
edilmişdir.
Məktəbin valideyn komitəsinin nümayəndəsi, tibb elmləri
doktoru, professor Gülnarə Sagitova göstərilən diqqət və
qayğıya görə Heydər Əliyev Fonduna təşəkkürünü
bildirmişdir.
AzərTAc |