Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Avropalı ekspertlər Bakı Dövlət Universitetində olublar

 

Aprelin 16-da DAAD-ın Almaniyada yerləşən baş ofisinin 2 əməkdaşı və ekspert kimi cəlb edilmiş 4 alman professor "Avropa hüququ" ixtisası üzrə "ikili diplom" magistratura proqramının qiymətləndirilməsi məqsədilə Bakı Dövlət Universitetində olublar. Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov proqramla bağlı fikirlərini bölüşüb, onun əhəmiyyətindən danışıb. Rektor ötən il proqramın ilk 6 məzununa BDU-nun və Almaniyanın Vürsburq Universitetinin diplomlarının verildiyini də xüsusilə qeyd edib.

"Avropa hüququ" ixtisası üzrə təhsil alan tələbələr, eyni zamanda müəllimlər və hüquq fakültəsinin rəhbərliyi ilə görüşdüklərini deyən qonaqlar proqramın tətbiqindən razı qaldıqlarını bildirib və gələcəkdə onun səmərəliliyinin artırılması istiqamətində bəzi təkliflər səsləndiriblər.

Qeyd edək ki, 2011-ci ilin sentyabr ayından etibarən Bakı Dövlət Universitetində "Avropa hüququ" ixtisası üzrə Almaniyanın Vürsburq Universiteti ilə birlikdə DAAD təşkilatının maliyyə dəstəyilə "ikili diplom" magistratura proqramı fəaliyyət göstərir. Tədris ingilis və alman dillərində aparılır. Alman tərəfi bu proqramda iştirak edən tələbələr üçün intensiv alman dili kursları və Almaniyada təcrübə təşkil edir. Proqrama uyğun olaraq, alman professorları Avropa mülki hüquq ənənəsi, Avropa dövlət yardımı hüququ, Avropa anti-inhisar hüququ üzrə mühazirələr oxuyub, hüquq fakültəsinin müəllimi Məhəmməd Quluzadə Vürsburq Universitetində açıq mühazirə keçirib.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov