21 aprel 2014-cü il tarixində saat 11:00-da təhsil
naziri Mikayıl Cabbarov İsmayıllı şəhərindəki Heydər
Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları
rəhbərlərinin 2014-cü ilin aprel ayında şəhər və
rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq,
İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarında yaşayan
vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar 15, 16, 17 və 18 aprel
2014-cü il tarixlərində Təhsil Nazirliyinin "Qaynar
xətt" xidmətinin 146 nömrəli telefonuna müraciət edərək
və ya "Elektron müraciət" bölməsi
http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebul
vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki,
qəbula gələrkən qaldırılan məsələləri dolğun ifadə edən
ərizə ilə müraciət etsinlər. |