Aprelin
12-də akademik Zərifə Əliyeva adına liseydə ümummilli
lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü
münasibətilə ümumtəhsil məktəblərinin VIII-XI sinif
şagirdləri, ilk peşə-ixtisas və orta ixtisas təhsili
müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı
müsabiqəsinin yekun mərhələsi keçirilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
anadan olmasının ildönümlərinə həsr olunmuş inşa
müsabiqəsi artıq 8-ci dəfədir təşkil olunur. Builki inşa
yazı müsabiqəsi Azərbaycan Respublikası təhsil nazirinin
26 fevral 2014-cü il tarixli, 229 nömrəli əmrinə müvafiq
olaraq keçirilir. Müsabiqənin təşkilatçıları Yeni
Azərbaycan Partiyası, Heydər Əliyev Fondu, Təhsil
Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyidir.
Respublika mərhələsinin iştirakçıları arasından qaliblər
seçilərək I, II, III və həvəsləndirici yerlərə layiq
görüləcək. Qaliblərə qiymətli hədiyyələr təqdim
olunacaq. Onların inşa yazıları isə kitab şəklində çap
ediləcək.
Qeyd edək ki, müsabiqənin rayon (şəhər) mərhələsi mart
ayında yekunlaşdırılıb. İnşa müsabiqəsində ölkəmizin
bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon (şəhər)
mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib.
Respublika mərhələsi iştirakçılarının ümumi sayı 121
nəfərdir. Onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i
XI sinif şagirdidir. İlk peşə-ixtisas təhsili
müəssisələrini 15 nəfər, orta ixtisas məktəblərini isə
10 nəfər təmsil edir.
www.edu.gov.az |