Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
təşkilatçılığı ilə "Tələbə baharı "VIII Ümumrespublika
tələbə yaradıcılığı festivalının seçim mərhələsi
keçirilib. Rusiya, Ukrayna, Qırğızıstan, Moldova,
Tacikistan, Belarus və Özbəkistandan tələbələrin iştirak
etdiyi festivala müxtəlif nominasiyalar üzrə 20-dən çox
ali təhsil müəssisəsindən 200-dən çox tələbə qatılıb.
Qafqaz Universitetinin tələbələri "Tələbə baharı"
festivalında müxtəlif nominasiyalar və janrlar üzrə
müvəffəqiyyət qazanıblar. Belə ki, universitetin
qızlardan ibarət milli rəqslər üzrə kollektivi III
yerə, pop musiqisi nominasiyası üzrə mühəndislik
fakültəsinin sənaye mühəndisliyi bölməsinin I kurs
magistri Orxan Tağızadə I yerə, pedaqoji fakültə
riyaziyyat və informasiya müəllimliyi bölümünün IV kurs
tələbəsi Orxan Şükürlü (gitara) II yerə, riyaziyyat
müəllimliyi bölməsinin I kurs tələbəsi Leyla Fərzəliyeva
və mühəndislik fakültəsi kompüter mühəndisliyi
bölməsinin hazırlıq kursu tələbəsi Arzu Həsənli (duet
ifa) III yerə layiq görülüblər. Universitetin xor
özfəaliyyət kollektivi isə tələbə yaradıcılığı
festivalının laureatı seçilib.
"Tələbə baharı" VIII Ümumrespublika tələbə yaradıcılığı
festivalının qala konserti mayın 28-də Quba şəhərində
keçiriləcəkdir.
Y.ƏLİYEV,
"Azərbaycan müəllimi" |