Gürcüstanın
paytaxtı Tbilisidə "Gələcəyin ulduzları" layihəsi
çərçivəsində təşkil edilmiş konsertdə Bülbül adına Orta
İxtisas Musiqi Məktəbinin VII sinif şagirdi, beynəlxalq
müsabiqələr laureatı Leyla Zeynalova (fortepiano) və IX
sinif şagirdi, respublika müsabiqələri laureatı Cəmilə
Əsgərzadə (skripka) uğurla çıxış ediblər.
Layihənin məqsədi ölkələrarası mədəni əlaqələrin
inkişafı, gənclər və yeniyetmələr arasında yaradıcı
münasibətlərin formalaşmasına təkan verməkdən ibarətdir.
Hər iki gənc ifaçı Azərbaycan və xarici musiqi
əsərlərini ustalıqla ifa ediblər. Odur ki, tamaşaçıların
xahişi ilə onlar təkrar ifa üçün səhnəyə dəvət
olunublar. |