8-9 aprel 2014-cü il tarixlərində 18 nömrəli Bakı Peşə
Liseyində xeyriyyəçilik aksiyası keçirilib.
Liseyin "Bərbər" ixtisası üzrə tədris qrupunda təhsil
alan şagird və məzunları tərəfindən valideyn
himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi
orta internat məktəbin 100 nəfər şagirdinə bərbər
xidmətləri göstərilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin "Müasir Azərbaycan
Peşəkarları" Layihəsi çərçivəsində 18 nömrəli Bakı Peşə
Liseyində "Bərbər" ixtisası tədris olunur. Kadr
hazırlığı "Eldar-studio" şirkətinin peşəkar
mütəxəssislərinin iştirakı ilə aparılır. Şagirdlər ən
müasir avadanlıqlarla təchiz olunmuş tədris
emalatxanasında təcrübi bilik və bacarıqlara
yiyələnirlər. |