Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Dünya alimləri Bakıda toplaşacaq

 

Cari ilin 26 may tarixində Bakıda  Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, YUNESKO, Gənc tədqiqatçıların Avropa Şurası "Eurodoc" və "Azərbaycan gənc alim, aspirant və magistrlər" Cəmiyyətinin birgə təşkilatçılığı ilə "Bakı Dünya Alimlər Forumu" ("Baku World Science Forum") öz işinə başlayacaq. 31 may tarixinədək davam edəcək forumun əsas məqsədi dünyanın gənc alimlərini bir araya gətirərək müxtəlif elmlərin nümayəndələri arasında iş birliyinin yaradılması, mövcud gənc alimlər şəbəkələrinin inkişafına dəstək verilməsidir. Foruma 100 ölkədən 200 nəfər yerli iştirakçı da daxil olmaqla 500 nəfərdən artıq iştirakçının qatılacağı gözlənilir.

Forumun əsas mövzusu kimi "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" elan edilib. Forum çərçivəsində aşağıdakı 5 istiqamət üzrə qeyd olunan mövzularda  sessiyalar keçiriləcəkdir:

- Texniki sahələr: "Texniki elmlər müasir innovasiya sistemlərinin əsası kimi".

- Səhiyyə, biologiya və kimya:  "Yeni texnologiyaların yaradılması əsasında təbii proseslər".

- Ekologiya, torpaq elmləri və kənd təsərrüfatı:  "Torpaq, kənd təsərrüfatı və ətraf mühitin öyrənilməsində fənlərarası yanaşma".

- İqtisadiyyat və sosiologiya: "İqtisadiyyat və sosiologiya qlobal inkişafın uğurlu birləşməsi kimi".

- Tarix, fəlsəfə, mədəniyyət: "Müasir dünyada sosial və humanitar elmlərin problemləri".

 Qeyd edək ki, işçi dili ingilis dili olacaq "Bakı Dünya Alimlər Forumu"nda dünya şöhrətli alimlərin və müxtəlif beynəlxalq mükafat laureatlarının çıxışları da  gözlənilir.  

Samirə KƏRİMOVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov