Aprelin
7-9-da M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının filologiya fakültəsinin
magistratura pilləsində təhsil alan tələbələr uğurla
dövlət imtahanı veriblər. Moskvada yaradılmış xüsusi
komissiya tərəfindən qəbul olunan dövlət imtahanında
MDU-nun Bakı filialının rektoru, filologiya elmləri
doktoru, professor Nərgiz Paşayeva iştirak edib. Dövlət
imtahanı Moskva Dövlət Vilayət Universitetinin rus
filologiyası fakültəsinin dekanı, filologiya elmləri
doktoru, professor, tanınmış alim L.F.Koposovun sədrliyi
ilə keçib. Əvvəlcə fransız, ingilis və italyan, aprelin
9-da isə ispan və rus bölmələrinin tələbələri uğurla
dövlət imtahanı veriblər.
Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi" |