Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
yanında Gənclər Fondu və NDU-nun Tələbə Gənclər
Təşkilatı tərəfindən Naxçıvan MR-də fəaliyyət göstərən
ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri
arasında "Mən Naxçıvanı tanıyıram" olimpiadası
keçirildi. Naxçıvan Muxtar Respubikasının yaradılmasının
90 illiyinə həsr olunmuş olimpiadanın I mərhələsi
Naxçıvan Dövlət Universitetində reallaşdırıldı.
Universitetin rektoru, biologiya elmləri doktoru,
professor Saleh Məhərrəmov olimpiada iştirakçılarına
uğurlar arzulayaraq vurğuladı ki, muxtar respublikanın
təbliği və tanıdılması, gənclərin bu sahədə biliklərinin
yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd
gənclərin Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti,
coğrafiyası və digər sahələri barədə məlumatlarını
dərinləşdirmək, yüksək bilik və bacarığa malik gəncləri
üzə çıxarmaq, onları ictimai və elmi fəaliyyətə
həvəsləndirmək, gənclər təşkilatları ilə əməkdaşlığa
cəlb etməkdir. 311 nəfərin iştirak etdiyi olimpiadanın
nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri yanında Gənclər Fondu və NDU-nun Tələbə Gənclər
Təşkilatının nümayəndələrindən ibarət münsiflər heyəti
tərəfindən müəyyənləşdiriləcək. Xatırladaq ki, ən
yüksək nəticə göstərmiş 40 nəfər tələbə final
mərhələsinə vəsiqə qazanacaq.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |