Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Azərbaycan Müəllimlər İnstitutunda seminar keçirilib

 

Aprelin 9-da Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən seminar keçirilib. "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda baş tutan seminarın məqsədi istehlakçıların hüquqlarının qorunması sahəsində hüquqi maarifləndirmə işini təşkil etmək, dövlət orqanları-istehlakçı əlaqələrində sivil münasibətlərin formalaşdırılmasına nail olmaq, bu sahədə istehlakçıların biliklərini artırmaq və digər istiqamətlərdə maarifləndirməkdir. Dövlət Xidməti nümayəndələri və institutun tələbə və müəllim heyətinin iştirak etdiyi seminarı AMİ-nin rektorunun məsləhətçisi professor Ramiz Məmmədzadə açaraq istehlakçı hüquqlarının qorunması sahəsində ölkəmizdə həyata keçirilən işlər barədə məlumat verib. Professor R.Məmmədzadə ölkə vətəndaşlarının aldıqları malın keyfiyyəti və təhlükəsizliyindən əmin olmasının dövlət üçün vacibliyini, dövlətin bu sahədə siyasətinin nə dərəcədə uğurlu olmasının vətəndaşlardan asılı olduğunu qeyd edib. O vurğulayıb ki, tədbir iştirakçıları, xüsusən tələbələr seminardan onları maraqlandıran hər bir suala cavab tapa və hüquqlarını öyrənmək üçün yararlana bilərlər.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev istehlakçıların hüquqları və onların qorunması sahəsində görülən işlərdən danışıb. Onun sözlərinə görə, satışı həyata keçirilən məhsulların keyfiyyət və təhlükəsizliyinə dövlət qurumları tərəfindən tam nəzarət olunur. Keyfiyyətsiz məhsulların bazara çıxarılmasına mane olmaq üçün ən sərt tədbirlər görülür. Müvafiq tələblərə cavab verməyən məhsullar və onların satışını həyata keçirən təsərrüfat obyektləri ilə ciddi mübarizə aparılır. Zay məhsullar satışdan çıxarılaraq məhv edilir, təsərrüfat obyektləri ilə bağlı maliyyə sanksiyaları və cərimələr tətbiq olunur. Rəis müavini istehlakçıları maarifləndirmənin də məhz bu mübarizənin tərkib hissəsi olduğunu vurğulayıb. 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Zahid Şərifov da çıxışını istehlakçıların öz hüquqlarını bilməsinin vacibliyi üzərində qurub. O, məhsulu alarkən istehlakçının diqqət yetirməli olduğu məqamlardan, qüsurlu malın dəyişdirilməsi qaydalarından danışaraq xüsusi vurğulayıb ki, istehlakçı daha ağır şərtlərlə qarşılaşmamaq üşün ilk növbədə öz hüquqlarını bilməlidir.

Sonra AMİ-nin tələbə və müəllimləri istehlakçı kimi gündəlik həyatda qarşılaşdıqları problemlər, faktlarla bağlı onları maraqlandıran suallarla qonaqlara müraciət ediblər. Tədbir qarşılıqlı müzakirə şəraitində keçib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov