Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən dövlət
uşaq müəssisələrində uşaqların saxlanma vəziyyətinə və
onlara göstərilən xidmətə nəzarətin səmərəli həyata
keçirilməsi məqsədi ilə internat məktəblərində
videokameralar quraşdırılıb.
Videokameraların quraşdırılması, həmçinin, uşaqlara
verilən qidanın keyfiyyətinə və ərzağın tələb olunan
normalara uyğun sərfiyyatına nəzarət mexanizminin təmin
edilməsi məqsədlərinə xidmət edir. |