Türkiyənin Antalya şəhərində keçirilən gənc cüdoçuların
Avropa çempionatına yekun vurulub.
Çempionata 43 idmançı ilə yollanan Azərbaycan millisi 7
medalla Vətənə qayıdıb. 13 nömrəli İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin
direktoru Rüfət Eyyubovdan aldığımız məlumata görə,
komandamızın heyətində Hidayət Heydərov (66 kq), Samir
Ağayev (73 kq) və Leyla Əliyeva (44 kq) fəxri kürsünün
ən yüksək pilləsinə qalxıblar. Murad Heydərli (60 kq),
Eldar Sultanov (66 kq) və Musa Şəkərəliyev (90 kq)
gümüş, Rüfət Tağızadə (60 kq) isə bürünc medala sahib
çıxıblar.
Qeyd edək ki, yığmamız 16 ölkə arasında 2-ci olub.
Komandamız yalnız Rusiyadan (7 qızıl, 8 gümüş, 12 bürünc
medal) geri qalıb.
R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |