14 nömrəli Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı
ilə 2001-2002 -ci il təvəllüdlü gənclər arasında Xocasən
qəsəbə stadionunda keçirilən Novruz bayramına həsr
olunmuş futbol turniri başa çatıb. Turnirdə 9 nömrəli
Uşaq-Gənclər İdman Məktəbi, Respublika
İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər
İdman Məktəbi, 14 nömrəli Uşaq-Gənclər İdman Məktəbi,
"Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbi, "Zirvə" İdman
Klubu, 18 nömrəli Uşaq-Gənclər İdman Məktəbi, Şamaxı
Uşaq-Gənclər İdman Məktəbinin komandaları iştirak
ediblər.
Dörd gün davam edən yarışda 14 nömrəli Uşaq-Gənclər
İdman Məktəbi I, Respublika İxtisaslaşdırılmış Olimpiya
Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi II, "Zirvə"
İdman Klubu III, Şamaxı Uşaq-Gənclər İdman Məktəbi isə
IV yeri tutmuşdur. Mükafatlandırma mərasimində iştirak
edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi
Qüdsi Bayramov qalib komandalara diplom və qiymətli
hədiyyələr təqdim edib.
Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" |