Bu günlərdə Ağcabədi rayonundakı M.Aranlı adına 11
nömrəli tam orta məktəbdə "Yaşıl dünya - sağlam
həyatdır" mövzusunda tədbir keçirilib. Təbii meşələrin
və yaşıllıq zolaqlarının qurumasının qarşısını almaq,
ağac və kollara qulluq edilməsi istiqamətində
maarifləndirmə məqsədi ilə təşkil olunan tədbirdə
şagirdlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının
nümayəndələri də iştirak ediblər. Tədbirdə çıxış
edənlər layihənin əhəmiyyətindən söz açıblar. Bildirilib
ki, son zamanlar Aran bölgəsində yerləşən təbii meşə
massivləri və yeni salınan yaşıllıq zolaqlarında
qurumalar müşahidə olunur. Sonra mövzu ilə bağlı layihə
çərçivəsində hazırlanan videoçarxlar nümayiş olunub.
Belə halların baş verməsində insanların rolu müzakirə
edilib. Qonaqlar tədbirlərin məhz gənclər tərəfindən
keçirilməsini yüksək dəyərləndiriblər.
Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər
paylanıb.
Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi" |