Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş tədbir

 

Bakıdakı 229 nömrəli tam orta məktəbdə dahi şair Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirildi.

Tədbirin aparıcıları  Nizaminin yalnız Azərbaycan ədəbiyyatında deyil,  dünya ədəbiyyatında müstəsna yer tutan bir şair olduğunu vurğulayaraq qeyd etdilər ki, onun əsərləri biz gəncləri vətənə sevgi, böyüklərə hörmət ruhunda tərbiyə edir.

Böyük şairin yaradıcılığına müraciət edən şagirdlər "Xəmsə"dən bir neçə səhnəcik göstərdilər. Nizaminin ilk irihəcmli əsəri olan "Sirlər xəzinəsi"nin qəhrəmanlarını canlandıran yuxarı sinif şagirdləri Cavid, Banu, Lamiyə  və Samir öz rollarını məharətlə ifa etdilər. Ofelya, Afaq, İbrahim, İlkarə və Cəfər "Xosrov və Şirin" əsərindən parçanı səhnədə canlandırmaqla Nizami dövrü üçün müstəsna dərəcədə mütərəqqi bir ideya olan qadın azadlığı problemini qoyduğunu göstərə bildilər.

Dahi şairin "Leyli və Məcnun" əsərindən parçalar şagirdlərin ifasında təqdim olundu. "İsgəndərnamə"də qoyulmuş bəşəri problemlər, yaradılmış monumental obrazlar  bu əsərin əbədi yaşayacağına və baş qəhrəmanın amal və arzularının da onu əbədi yaşadacağına zəmanət verdiyi qeyd edildi. Bildirildi ki,  "Yeddi gözəl" əsərində Nizaminin soy-kök  etibarı ilə özünün də mənsub olduğu türklərə böyük məhəbbəti və rəğbəti aydın ifadə edilmişdir. Bu əsərdən parçalar səhnələşdirən məktəbin şagirdləri əminliklə vurğuladılar ki, Nizami Gəncəvi  yaradıcılığı heç zaman onların yaddaşlarından silinməyəcək. Şagirdlərdən Lamiyənin ifa etdiyi "Sarı gəlin" rəqsi alqışlara səbəb oldu.

Böyük şairin həyat və yaradıcılığından söhbət açan məktəbin direktoru  Fəridə Bağırova tədbirin təşkilində fəallıq göstərmiş müəllimlərə təşəkkürünü bildirdi.  

Rəşad ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov