Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Azərbaycanlı şagird və tələbə Vyanada keçirilmiş Gənclər Forumunda iştirak ediblər

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri 189 nömrəli məktəbin şagirdi Afət Məmmədova və Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsi Salman Babazadə Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının Avstriyanın paytaxtı Vyanada keçirilmiş Gənclər Forumunda iştirak ediblər.

Dünyanın 30-dan çox ölkəsindən 60 nəfərin qatıldığı forumun əsas məqsədi gənclərin cəmiyyətdə narkomaniya ilə mübarizə tədbirlərinə cəlb edilməsindən və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olub.

Azərbaycan gəncləri forum çərçivəsində keçirilən qrup müzakirələrində öz təkliflərini səsləndiriblər. Narkomaniya ilə mübarizədə təbliğat vasitələrindən səmərəli istifadə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində narkomaniyanın yayılması ilə bağlı tədqiqat işlərinin aparılmasını əhatə edən təkliflər müsbət qarşılanıb.

Tədbirdə İsveç kraliçası Ülyahəzrət Silvia, Birləşmiş Millətlər Təşkilatının Narkotik Vasitələr üzrə Komissiyasının icraçı direktoru Yuri Fedotov da iştirak ediblər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov