Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Şagirdlərin reproduktiv sağlamlığı, onlara psixoloji xidmətin göstərilməsinə kömək edəcək layihənin hazırlanması müzakirə edilib

 

Aprelin 2-də Təhsil Problemləri İnstitutunda ABŞ-ın ölkəmizdəki səfirinin xanımı Feys Pirs Morningstarla görüş keçirilib.

Görüşdə xanım Morningstarla şagirdlərin reproduktiv sağlamlığı, onlara psixoloji xidmətin göstərilməsinə kömək edəcək layihənin hazırlanması və həyata keçirilməsi barədə müzakirələr aparılıb.

Təhsil Problemləri İnstitutunun direktoru Qulu Novruzov hazırkı şəraitdə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından irəli gələn vəzifə kimi ümumtəhsil məktəblərinin bir sıra problemlərinin, o cümlədən şagirdlərin reproduktiv sağlamlığı və onlara psixoloji xidmətin göstərilməsinin vacib olduğunu qeyd edib. BŞTİ-nin məktəblərdə psixoloji xidmətin yaxşılaşdırılması ilə əlaqədar instituta müraciət etdiyi və şagirdlərə psixoloji dəstək və onların reproduktiv sağlamlığının keyfiyyətli şəkildə qurulmasının əhəmiyyətli məsələ olduğu bildirilib. Qeyd edilib ki, layihənin hazırlanması və həyata keçirilməsi, onun nəticələri, verəcəyi effekt, tətbiq sahələri, əhatə edəcəyi sosial kollektivlər və s. kimi məsələlər ətraflı müzakirə olunmalıdır. Müəllimlər və məktəb rəhbərləri, eləcə də rayon təhsil şöbələri bu barədə təlimatlandırılmalı və öyrədici kurslardan keçməlidirlər.

İnstitutun direktor müavini Ənvər Abbasov çıxış edərək ümumtəhsil məktəblərində reproduktiv sağlamlıq və psixoloji xidmət məsələlərinin həyata keçirilməsinə kömək edən fənlərdən və kurikulumlarda məsələnin qoyuluşundan bəhs edib. Layihə ilə əlaqəli tədqiqatların aparılmasının vacibliyi, məsələnin kurikulumlarda qoyuluşu və dərsliklərdə reallaşdırılması vəziyyətinin öyrənilməsinə ehtiyac olduğu qeyd edilib.

Xanım Feys Morningstar layihənin ilkin variantının hazırlanması və həmin layihənin əhatə edəcəyi sahələrin müəyyənləşdirilməsi məsələsinə toxunaraq bildirib ki, burada şagirdlərin reproduktiv sağlamlığı, onların özlərinə və başqalarına humanist və  qayğıkeş münasibəti, qadınların liderlik məsələsi və onların təhsilə cəlb olunması, müəllimlərin və valideynlərin maarifləndirilməsi kimi məsələlər öz əksini tapmalıdır. O, şagirdlərin şəxsiyyət kimi inkişafı, elmi biliklərlə yanaşı, onlara həyati bacarıqların öyrədilməsi, tənqidi təfəkkürün və emosional sferanın inkişafı barədə də danışıb.

Görüşdə layihənin ilkin variantının hazırlanaraq növbəti müzakirəyə təqdim olunması qərara alınıb. 

Şəfa KAZIMOVA,
Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov