26 mart 2014-cü il tarixində Bakı Humanitar Kollecinə
məxsus torpaq sahəsinin qanunsuz zəbt olunaraq, 150
kvadrat metr ərazidə naməlum şəxslər tərəfindən tikinti
işləri aparılması barədə Təhsil Nazirliyinə operativ
məlumat daxil olub.
Kollecin əməkdaşları tərəfindən qanunsuz tikinti işləri
aparan şəxslərə etiraz edilsə də, onların qanunazidd
əməllərinin qarşısını almaq mümkün olmayıb.
Məsələyə müvafiq icra hakimiyyəti orqanlarının
müdaxiləsindən sonra özbaşına tikili sökülərək ərazi
kollecin ixtiyarına qaytarılıb.
Təlim-tərbiyə müəssisələrinin ərazilərinin zəbt
olunmasına cəhd edən vətəndaşlar birmənalı şəkildə qəbul
etməlidir ki, bu cür qeyri-sağlam tendensiya
təhsilalanların Konstitusiya hüquqlarının pozulmasına
səbəb olur. Bundan sonra da təhsil müəssisələrinin
ərazilərinin zəbt olunması hallarına qarşı Azərbaycan
Respublikası qanunvericiliyi çərçivəsində ciddi mübarizə
tədbirləri davam etdiriləcəkdir. |