| 
						
						
						 Azərbaycan 
						Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də 
						Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkini 
						qəbul etmişdir. 
						
						Patrik Hikki "Bakı-2015" Avropa Oyunlarının 
						Əlaqələndirmə Komitəsinin 3-cü toplantısı zamanı 
						Azərbaycanda Avropa Oyunlarına hazırlıq işləri ilə bağlı 
						səmərəli müzakirələrin aparıldığını qeyd etdi. Hazırlıq 
						işlərinin qrafikə uyğun şəkildə görüldüyünü vurğulayan 
						Patrik Hikki, bu işlərin bütün sahələrdə yüksək 
						səviyyədə həyata keçirilməsindən razılığını bildirdi. 
						
						Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Avropa 
						Olimpiya Komitəsi arasında əməkdaşlığın perspektivləri 
						ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.  
						
						
						AzərTAc |