Azərbaycan
Respublikası Prezidenti cənab İlham Əliyevin 24 oktyabr
2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"na uyğun olaraq Masallı Rayon İcra
Hakimiyyəti tərəfindən Təhsil Problemləri İnstitutuna
ünvanlanmış məktubunda rayonun ümumtəhsil məktəblərində
çalışan bir qrup müəllimə "MİMİO Xİ İnteraktiv lövhə ilə
tədris" mövzusunda təlim kursunun təşkilinə köməklik
göstərilməsi bildirilmişdir.
Bu məqsədlə Masallı rayon Heydər Əliyev Mərkəzində
Təhsil Problemləri İnstitutunun əməkdaşları İlham
Cavadov, Ceyhun Məmmədyarov, "DYMO/Mimio" (ABŞ)
şirkətinin Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart
Technologies" şirkətinin əməkdaşı Təbriz Məhərrəmov,
Masallı Rayon İcra Hakimiyyətinin İctimai, siyasi və
humanitar məsələlər şöbəsinin müdiri Gülşən Xəlilova,
şöbənin baş məsləhətçisi Namik Ağayev və 70 nəfərə qədər
fənn müəllimi ilə görüş keçirilmişdir. Görüşdə təlim
kursunun müddəti və proqramı barədə məlumat verilmiş,
müəllimləri maraqlandıran suallar cavablandırılmışdır.
Sonra Təhsil Problemləri İnstitutunun əməkdaşı Ceyhun
Məmmədyarov və "DYMO/Mimio" (ABŞ) şirkətinin
Azərbaycandakı rəsmi nümayəndəliyi - "Smart
Technologies" şirkətinin əməkdaşı Təbriz Məhərrəmov "MİMİO
Xİ interaktiv lövhə ilə tədris" mövzusunda 5 günlük
təlim kursuna başlamışlar. Rayonda müəllimlərin
peşəkarlığının artırılması ilə bağlı mütəmadi olaraq bu
qəbildən olan təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. |