Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

İdmançımız İran İslam Respublikasında ölkəmizi uğurla təmsil edib

 

Cavanşir Cahangir oğlu Səfərov  1997-ci il yanvarın 23-də Bakıda anadan olub. O, uşaq yaşlarından idmanın qılıncoynatma növünə  böyük həvəs göstərib. Cavanşir marağı olduğu idman növünün sirlərini atası, 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər  İdman Məktəbinin qılıncoynatma bölməsinin müəllimi Cahangir Səfərovdan öyrənməyə başlayıb.  10 yaşından bu məktəbin qılıncoynatma bölməsinə yazılıb.

Dəfələrlə ölkədaxili yarışlara qatılan və həmin yarışlarda uğurlar qazanan Cavanşir 2010-cu ildən 2014-cü ilə kimi Azərbaycan çempionatlarında iştirak edərək I yerin sahibi olub. 2011-ci ildə Türkiyənin Bursa şəhərində 10 ölkənin iştirakı ilə  keçirilən beynəlxalq turnirdə II yerə çıxıb.  Bundan başqa o, 2013-cü ildə Gürcüstanın Tbilisi şəhərində 15-ə yaxın ölkənin iştirakı ilə keçirilən beynəlxalq turnirdə III yeri tutub. Həmyerlimiz bu yaxınlarda İran İslam Respublikasının Tehran şəhərində 15-ə yaxın ölkədən 38 idmançının qatıldığı Dünya kuboku  yarışında iştirak edərək fəxri kürsünün II pilləsinə qalxıb. Cavanşir 2015-ci ildə ölkəmizdə keçiriləcək Avropa Olimpiya Oyunlarına hazırlaşır. Arzusu bu mötəbər yarışda Azərbaycanımızın üçrəngli bayrağını zirvələrə qaldırmaqdır. Biz də ona uğurlar  arzulayırıq.  

R.ZİYADOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov