Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə yekun vurulub

 

Gənclər və İdman Nazirliyinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının birgə təşkilatçılığı ilə "Olimpik Star" idman-əyləncə kompleksində yeniyetmə və gənclər (1996-1998-ci, 1999-cu il təvəllüdlü və daha azyaşlılar) arasında keçirilən stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatmışdır.

AzərTAc xəbər verir ki, martın 13-də start götürmüş respublika birinciliyində Bakı, Sumqayıt, Gəncə, Şəki, Qax, Gədəbəy, Samux, Salyan, Şabran və Siyəzəndən olan komandalar iştirak etmişlər.

Yarış komanda, şəxsi, qoşa, qarışıq-qoşa dərəcələrdə və beynəlxalq stolüstü tennis qaydalarına uyğun təşkil edilmişdir.

Birincilikdə 1996-1998-ci il təvəllüdlü qızlar və oğlanlar arasında keçirilmiş komanda yarışlarında müvafiq olaraq "Sumqayıt-1" və "Bakı-1" kollektivləri birinci yerləri tutmuşlar.

Turnirdə 1999-cu il təvəllüdlü və daha azyaşlı qızlar arasında keçirilmiş komanda yarışlarında "Sumqayıt-1", oğlanlar arasında keçirilmiş komanda yarışlarında "Bakı-1" komandaları qalib gəlmişlər.

Birincilikdə 1996-1998-ci il təvəllüdlülər arasında qarışıq-qoşa stolüstü tennis qaydalarına uyğun təşkil edilmiş yarışda Bakını təmsil edən Nurlan Həsənov və Məryəm İmanova birinci yerə layiq görülmüşlər.

Bakı nümayəndələri Hilal Həsənov 1996-1998-ci il təvəllüdlü oğlanlar, Məryəm İmanova isə qızlar arasında keçirilmiş şəxsi yarışlarda qalib olmuşlar. Həmçinin 1996-1998-ci il təvəllüdlü oğlanlar arasında keçirilmiş qoşa yarışlarda Bakı nümayəndələri Hilal Həsənov və Sənan Əliyev, qızlar arasında keçirilmiş qoşa yarışlarda isə Məryəm İmanova (Bakı) və Şərmin Şirinova (Sumqayıt) birinci yeri tutmuşlar.

Qoşa stolüstü tennis qaydalarına uyğun 1999-cu il və daha azyaşlı qızlar arasında keçirilmiş yarışlarda Sumqayıtı təmsil edən Dinarə Məmmədova və Nəzrin Əhmədova, oğlanlar arasında keçirilmiş yarışlarda isə Yusif Qafarlı (Sumqayıt) və Vəzir Allahverdiyev (Sumqayıt) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Birinciliyin qaliblərinə Gənclər və İdman Nazirliyinin diplomları və Azərbaycan Stolüstü Tennis Federasiyasının pul mükafatları təqdim olunmuşdur.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov