Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Avropa təsnifat yarışlarına hazırlıq çərçivəsində könüllü hakimlərin təlimlərinə start verilib

 

Böyütmək üçün şəkili seçinYeniyetmələrin Olimpiya Oyunlarının yüngül atletika idman növü üzrə Avropa təsnifat yarışları ilk dəfə olaraq ölkəmizdə keçiriləcək. Yarışlara hazırlıq çərçivəsində könüllü hakimlərin təlimlərinə start verilib.

Martın 1-də keçirilən könüllü hakimlərin təlimlərində "İRƏLİ" Könüllülər Mərkəzinin üzvləri və digər təşkilat fəalları  iştirak ediblər. Təlimdə ilk öncə Yeniyetmələrin Olimpiya Oyunlarının Avropa təsnifat yarışlarının direktoru Məhərrəm Sultanzadə gəncləri salamlayaraq oyunlar haqqında ətraflı məlumat verib.  Beynəlxalq Atletika Federasiyasının məruzəçisi Nemət Heydərov tərəfindən keçirilən təlimdə qaçış növləri, nizə atma, tullanmalar haqqında geniş məlumat verilib.

Daha  sonra  atletika  üzrə  beynəlxalq  dərəcəli  məşqçi,  respublika  dərəcəli  hakim  Aqil  Paşayev  respublikamızda  keçirilən  və iştirakçısı  olduğumuz  beynəlxalq turnirlərdən, gənclərin qarşılaşdıqları problemlərdən söhbət açıb. "İRƏLİ"  Könüllülər  Mərkəzinin  rəhbəri Nərgiz Qurbani "Bakı 2015" öncəsi keçirilən ilk test yarışının əhəmiyyəti və perspektivlərindən danışıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov