Martın 18-də "Vətən" Respublika İxtisaslaşdırılmış
Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində
tələbələrdən ibarət yığma komandanın KİV üçün açıq məşqi
keçirilib.
20 oyunçudan ibarət yığma komandanın heyətinin məşq
prosesləri nəticəsində formalaşdırılması nəzərdə tutulur.
Yığma komandaya Təhsil Nazirliyi, Azərbaycan Tələbə
Futbol Federasiyası (ATFF) və AFFA-nın birgə
təşkilatçılığı ilə ali təhsil müəssisələri arasında
futbol üzrə keçiriləcək "Təhsil kuboku"nun iştirakçı
komandalarından futbolçular cəlb olunub. "Təhsil kuboku"
çərçivəsində keçiriləcək oyunlarda fərqlənən futbolçular
yığmaya düşmək şansı əldə edəcək və onlar beynəlxalq
turnirlərdə Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.
"Təhsil kuboku" çərçivəsində keçiriləcək oyunlara 2014-cü
ilin aprel ayında start veriləcək. Bu yarışmada uğur
qazanan ali məktəb komandaları, həmçinin fərqlənən
oyunçular Təhsil Nazirliyi və AFFA tərəfindən
mükafatlandırılacaqlar.
Qeyd edək ki, "Azərbaycan Respublikasında 2005-2015-ci
illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na
uyğun olaraq futbol infrastrukturunun müasir tələblər
səviyyəsinə yüksəldilməsi gənclərin futbola marağının
daha da artmasına səbəb olub. Təhsil Nazirliyi futbolla
bağlı təbliğat işinin gücləndirilməsi məsələlərinə
xüsusi əhəmiyyət verməklə uşaq, yeniyetmə və gənclərin
futbola kütləvi cəlb olunması istiqamətində fəal iş
aparır. |