Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi
və İdman Mərkəzinin təşkilatçılığı ilə
ümumtəhsil və ilk peşə-ixtisas təhsili
müəssisələrinin şagirdləri (oğlanlar və qızlar)
arasında keçirilmiş kütləvi idman yarışları başa
çatıb.
Yarışlar bir neçə idman növü üzrə keçirilib.
Qızlar arasında keçirilən basketbol yarışlarında
I yerə Yasamal, II yerə Xətai, III yerə
Nərimanov rayon komandası çıxıb. Oğlanlar
arasında təşkil olunan basketbol yarışlarında
isə I yeri Nəsimi, II yeri Səbail, III yeri
Xətai rayon komandası tutub. Voleybolçu qızlar
arasında keçirilən oyunlarda da Xətai rayonunun
komandaları I və II yerlərə layiq görülüblər.
III yeri isə Şəki şəhər komandası əldə edib.
Şəkinin voleybolçu oğlanları daha uğurlu nəticə
göstərərək I yeri tutublar. Oğlanların voleybol
qarşılaşmasında II yerə Salyan, III yerə Balakən
rayon komandası çıxıb.
Dama yarışlarında Suraxanı məktəbliləri
fərqlənib. Sonrakı yerləri 13 nömrəli Bakı Peşə
Liseyi və Nizami rayon komandaları tutub.
Stolüstü tennis üzrə keçirilən yarışlarda I yerə
Xətai, II yerə Quba rayon, III yerə 13 nömrəli
Bakı Peşə Liseyinin komandası çıxıb.
Qeyd edək ki, Təhsil Nazirliyi idman
yarışlarında məktəblilərin fəallığını yüksək
qiymətləndirir və bu tədbirlərin reallaşmasında
əməyi olan hər kəsə təşəkkürünü bildirir.
|