Bakıdakı
8 nömrəli tam orta məktəbdə ilaxır çərşənbə və Novruz
bayramı münasibəti ilə tədbir keçirilmişdir.
Məktəbin III "a" sinfinin rəhbəri Sevda Babayevanın
şagirdləri ilə təşkil etdiyi bayram şənliyinin əsas
özəlliyi ondan ibarət idi ki, məktəblilər və onların
müəllimi bayramsayağı bəzədilmiş səhnəyə gözəl milli
geyimlərlə çıxmışdılar.
Şagirdlər baharı, Novruzu tərənnüm edən şeirlər
söyləmiş, mahnılar, rəqslər ifa etmiş, tamaşalar
göstərmişlər. Milli geyimdə səhnəyə daxil olan Sevda
Babayevanın öz şagirdləri ilə rəqs etməsi üçüncülərin
böyük sevincinə səbəb olmuşdur.
Tədbirdə tamaşaçı qismində iştirak edən məktəbin
müəllimləri və valideynlər Sevda müəllimi və
yetirmələrini Novruz bayramı münasibəti ilə təbrik
etmiş, maraqlı bayram tədbirlərinə görə onlara
minnətdarlıqlarını bildirmişlər. |