Martın
14-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Novruz
bayramına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Bakı şəhər 24 nömrəli Uşaq və Gənclərin
Yaradıcılıq Mərkəzinin 200 nəfərdən ibarət dərnək üzvü
məharətlərini nümayiş etdirib. "Yurdumuza bahar gəlir"
mövzusunda təşkil olunan tədbirdə kiçikyaşlı uşaqlar və
məktəblilər rəqs, mahnı-xor, vokal, kukla teatrı, dram,
bədii qiraət sahəsində bacarıqlarını göstəriblər.
Tədbirin keçirilməsində məqsəd milli adət-ənənələrin
gənclər, uşaqlar arasında təbliğ edilməsinə, tədris
müəssisələrində valideynlərin uşaqların yaradıcılığı ilə
daha yaxından maraqlanmasına nail olmaqdır. |