Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Ekoloji mövzuda "dəyirmi masa"

 

Bu günlərdə V.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanasında "Yaşıl dünyamız" mövzusunda "dəyirmi masa" keçirilib.

Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi və yuxarıda adıçəkilən kitabxananın birgə təşkilatçılığı ilə keçirilən tədbirdə alim və mütəxəssislər, RETTM-nin və Binəqədi rayonunda fəaliyyət göstərən kitabxanaların əməkdaşları, müəllimlər, şagirdlər, o cümlədən "Eko-klub"un və "Ətraf mühit və insan sağlamlığı" dərnəyinin üzvləri iştirak ediblər.

Qeyd etmək lazımdır ki, təhsil müəssisələri və kitabxanaların birgə əməkdaşlığı ilə təşkil edilən kütləvi tədbirlərin məktəblilərin ekoloji maarifləndirilməsində xüsusi rolu vardır. Bir neçə ildir ki, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin və Mədəniyyət və Turizm Nazirliyi V.Korolenko adına Mərkəzi Şəhər Gənclər Kitabxanasının birgə əməkdaşlığı ilə yaradılmış "Eko-klub"un üzvləri, alimlər, mütəxəssislər və yazıçılarla müxtəlif ekoloji mövzularda müntəzəm olaraq görüşlər, yeni nəşrlərin müzakirələri və yaşıllaşdırma tədbirləri keçirilir. Ətraf mühitin qorunmasına və davamlı istifadəsinə aid yeni nəşrlərin gənclər arasında təbliğ edilməsi ekoloji biliklərinin möhkəmlənməsinə imkan yaradır. "Dəyirmi masa"ya dəvət olunmuş qonaqlar - Təhsil Nazirliyi Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin baş məsləhətçisi Elnur Əlizadə, Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Əli Şükürov, Binəqədi Rayon           Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Rəna Bilyandarlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi İxtisasartırma və İxtisaslaşma İnstitutunun meşəçilik şöbəsinin müdiri Allahverdi Dolxanov və başqaları məktəblilərin ekoloji maarifləndirilməsi istiqamətində görülən işlər, Azərbaycanda meşələrin qorunması sahəsində həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat veriblər.

Maraqlı diskussiya şəraitində keçən tədbirdə İDEA İctimai Birliyinin çağırışına qoşulan məktəblilərin "Yaşıl Azərbaycan" devizi altında yaşıllaşdırma aylıqlarında fəal iştirakına və meşələrin qorunmasında "Gənc meşəçilər" dəstələrinin fəaliyyətinə həsr olunmuş təqdimat da böyük maraqla qarşılanıb. "Eko-klub"un üzvləri və Bakıdakı 3 nömrəli məktəbin şagirdlərinin çıxışlarında Azərbaycanın işğal olunmuş təbiət guşələrindən, Qarabağ meşələrindən bəhs olunub. Məktəblilərin ifasında təqdim olunan "Qarabağ", "Xarı-bülbül" və s. şeirlər, ekoloji səhnəciklər təbiətə təcavüz edənlərə qarşı etiraz olaraq səslənib.

Tədbirin sonunda RETTM-nin əməkdaşları tərəfindən Binəqədi rayonu üzrə kitabxanaların nümayəndələrinə və məktəblilərə "Məktəb meşəçiliyinin yaradılması", "Meşənin həyatı" adlı vəsaitlər və posterlər, "Azərbaycanın təbiət gözəllikləri" adlı videofilmlərin DVD diskləri, "Təbiəti qoruyun" və "Dağların biomüxtəlifliyi" adlı tematik təqvimlər təqdim olunub. 

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov