Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

İnnovativ təlim texnologiyalarının tətbiqinə həsr olunmuş seminar-müşavirə

 

İsmayıllı rayonunda rayon icra hakimiyyəti başçısının sərəncamı ilə 2014-cü il "İnnovativ təlim texnologiyaları ili" elan olunub. Sərəncamın icrası ilə əlaqədar RTŞ-də silsilə tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərdən biri də  RTŞ-ın akt zalında keçirilən "Fizikanın tədrisində riyaziyyatın tətbiqi və fənlərarası inteqrasiya zamanı innovasiyalar" mövzusunda seminar-müşavirə olmuşdur. Rayonun ümumtəhsil məktəblərinin fizika, riyaziyyat müəllimlərinin iştirak etdiyi seminarı metodik kabinetin direktoru H.Əsədov açaraq fəndaxili və fənlərarası inteqrasiya haqqında geniş məlumat vermişdir. Metodistlər R.Məmmədov "Fizikanın tədrisi zamanı tətbiq olunan əsas riyazi məsələlər", V.Ağayeva "Riyaziyyatın fizikaya tətbiqində qarşıya çıxan problemlər və onların aradan qaldırılması" mövzularında çıxış etmişlər. Sonra tədbir müəllimlərin iştirakı ilə müzakirə şəraitində davam etmişdir. Gülyan, Təzəkənd, Talıstan, Topçu kənd tam orta, Qaraqaya, Balik  kənd  ümumi  orta və digər məktəblərin müəllimləri çıxış edərək mövzu ilə bağlı fikirləri bildirmiş, təkliflər səsləndirmişlər.  

Tədbiri yekunlaşdıran RTŞ-ın müdiri R.Orucov rayonun məktəblərində innovativ təlim texnologiyalarının tətbiqi istiqamətində görülən işlərdən danışmışdır. O, son illər rayonun 17 məktəbinə prometan (ağıllı) lövhələrin verildiyini, 25 məktəbin yüksək sürətli İnternetə qoşulduğunu, məktəblərdə kompüterlərin sayının artırıldığını, tədris ocaqlarına xeyli sayda proyektor və digər İKT vasitələrinin verildiyini  bildirmişdir.      

R.MƏMMƏDOV,
İsmayıllı RTŞ-ın metodisti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov