Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Müvafiq kateqoriyadan olan tələbələrin təhsil xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək

 

Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında" sərəncam yüzlərlə azərbaycanlı ailəsinin sevincinə səbəb olub.

Bu sərəncamla ölkəmizin ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq kateqoriyadan olan tələbələrin təhsil xərcləri 2014-2015-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcəkdir. Qeyd olunan sərəncam müvafiq  tələbə kontingentini əlavə ödəniş qayğılarından azad edir ki, bu da onların təhsil uğurlarının yüksəlməsinə imkan verəcəkdir.

 Azərbaycanda həyata keçirilən sosialyönlü dövlət siyasətinin daha bir təzahürü olan bu sərəncam ali təhsil müəssisələrində bakalavriat və magistratura (tibb təhsilində əsas və rezidentura) təhsil səviyyələrində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan müvafiq tələbələr, eləcə də geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanıb.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov