Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Şagirdlərin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Bakı şəhərindəki ümumtəhsil, ilk peşə-ixtisas və internat məktəbləri şagirdlərinin "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiyaları təşkil olunur.

Davamlı xarakter daşıyan ekskursiyaların əsas məqsədi zəngin tarixi və maddi-mədəniyyət abidələrimiz haqqında şagirdlərə dolğun məlumat verməkdən ibarətdir.

Hər gün təşkil edilən ekskursiyalarda şagirdlərə Qız Qalası haqqında ümumi məlumat verilir və onlar qalanın daxilində yeni yaradılmış müasir muzey ekspozisiyası ilə tanış olurlar. Daha sonra Sıratağlı Dini-Memarlıq Kompleksi, Buxara və Multanı Karvansaraları, habelə Qoşa Qala Qapıları və qala divarları ilə tanış olan şagirdlərə bu abidələrin ilkin təyinatı, memarlıq üslubu izah olunur. Şərq memarlığının əvəzsiz nümunələrindən biri olan Şirvanşahlar Sarayı Kompleksi də məktəblilərin xüsusi marağına səbəb olur.

Uğurla davam edən ekskursiyalarda ümumtəhsil məktəblərində tədris olunan fənlərin qarşılıqlı inteqrasiyasına xüsusi diqqət yetirilir. Məktəblilər tərəfindən böyük maraqla qarşılanan ekskursiyalar zamanı şagirdlər xüsusi fəallıq göstərir, daha çevik və yaradıcı təfəkkür nümayiş etdirirlər. Bütün bunlar təlimin keyfiyyətinin yüksəldilməsi, şagirdlərin potensial imkanlarının üzə çıxarılması, məktəblilərin milli mənəvi dəyərlərimizə hörmət və vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ekskursiyalarda, həmçinin maddi-mədəni irsimiz və tarixi abidələrimizlə bağlı şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov