Hacıqabul rayonu, Kolanı kənd Ə.Ağayev adına tam orta
məktəbində "İrəvan qədim Azərbaycan şəhəridir"
mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə
açan məktəbin direktoru Arifə Əliyeva Azərbaycan
tarixinin ən gözəl abidələrindən olan İrəvan şəhərinin
ata-baba yurdumuz olduğunu və xalqımızın qədim yaşayış
məskənlərindən biri sayıldığını bildirdi.
Məktəbin tarix müəllimi, tədbirin təşkilatçısı Zaur
İbrahimov çıxış edərək İrəvanın həmişə Azərbaycanın
tərkibində, yerli sakinlərin də, azərbaycanlılardan
ibarət olduğunu tarixi faktlarla söylədi. Eyni zamanda
bildirdi ki, 1828-ci ilin fevralında bağlanan Türkmənçay
sülh müqaviləsindən sonra çar Rusiyası İrəvanda əhalinin
siyahıya alınması zamanı müəyyən etmişdir ki, İrəvan
şəhərinin ətrafında yerləşən 114 kəndin 108-də
azərbaycanlılar (tatarlar, rus canişinləri
azərbaycanlıları belə adlandırırdılar) yaşayır. İrəvan
şəhərində və onun ətrafında çoxlu sayda məscidlər,
xalqımıza məxsus tarixi-memarlıq abidələri mövcuddur.
XIX əsrdə İrəvan xanlığının mərkəzi olan İrəvan şəhəri
öz görkəmi və milli üslubda tikililəri ilə seçilmişdir.
Şərqin ilk demokratik dövləti sayılan Azərbaycan Xalq
Cümhuriyyəti yarandıqdan sonra bədnam ermənilər
Azərbaycan parlamentinə müraciət edərək öz dövlətlərini
yaratmaq üçün İrəvan şəhərinin onlara paytaxt kimi
verilməsini xahiş etmişdilər. Bu qərarlarına dərhal
sonra peşman olan Azərbaycan Parlamentinin üzvləri qədim
mədəniyyət beşiyimiz olan ata-baba yurdumuz İrəvan
şəhərini ermənilərə verdilər.
Tədbirdə məktəbin müəllimləri Hüsən Usubov, İradə
Həmidova, Xuraman Xəlilova, Abil Cəfərov mövzu ətrafında
çıxışlar etdilər.
Sonda məktəbin şagirdləri İrəvan xanlığının tarixinə
həsr etdikləri səhnəcikləri yüksək səviyyədə nümayiş
etdirdilər.
Tədbir Koroğlu operasının uvertürasının səslənməsi ilə
başa çatdı.
Zaur FATEH,
Hacıqabul rayon Kolanı kənd tam orta məktəbinin müəllimi |