Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

 "Müasir Azərbaycan tarixi" mövzusunda əlavə dərslərin tədrisi davam edir

 

Məlum olduğu kimi, cari ilin fevral-may ayları ərzində ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların tədris olunması nəzərdə tutulmuşdur. Belə bir əhəmiyyətli addımın atılmasında məqsəd ölkəmizin müasir tarixinin şagirdlər tərəfindən hərtərəfli öyrənilməsinə maraq oyatmaqla onlarda fəal həyat mövqeyinin, vətəndaşlıq və vətənpərvərlik hisslərinin daha da gücləndirilməsinə etibarlı zəmin yaratmaqdan ibarətdir.

İstirahət və bayram günləri istisna olmaqla hər gün 80 nəfər XI sinif şagirdi ulu öndərin adını daşıyan Heydər Əliyev Mərkəzinə dəvət olunur, onlara 2 akademik saat ayırmaqla mühazirələr oxunur. Şəhərimizdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Laçın məcburi köçkün rayonlarının XI sinif şagirdləri də Sumqayıt məktəbliləri ilə birlikdə mühazirələrdə iştirak edirlər.

Gənclərin dünyagörüşünün formalaşdırılmasında və mənəvi tərbiyəsində mühüm rol oynayacaq bu dərslərin yüksək səviyyədə təşkili üçün ciddi nəzarət təmin edilmiş, metodik kabinetin əməkdaşları bu mühüm tədbirə cəlb olunmuşlar.

Ümumilikdə 4 ayda 2 dəfə olmaqla 2899 nəfər Sumqayıtın, 413 nəfər isə şəhərimizdə məskunlaşan məcburi köçkün rayonlarının XI sinif şagirdi məşğələlərdə iştirak edəcəkdir. 

Sumqayıt ŞTŞ-nin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov