Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

14 Mart  2014 - №10

 

Məktəblilər ulu öndərin siyasi irsini öyrənirlər

 

Cari ilin fevral ayının ilk günlərindən Şamaxı rayonundakı Heydər Əliyev Mərkəzində xüsusi canlanma hiss olunur. Təhsil Nazirliyinin tövsiyə və tapşırığına əsasən cari ilin fevral-may aylarında ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə dərsdənkənar vaxtlarda 2 akademik saat ərzində əlavə dərslərin keçilməsinə başlanmışdır.

Müstəqil Azərbaycan Respublikasının tarixinə aid seçilmiş mövzuların  tədrisi ilə bağlı Heydər Əliyev parkında start götürən dərslər artıq ikinci aydır ki, mütəşəkkil qaydada keçirilir. Hər gün bura gələn şagirdlər dahi rəhbərin heykəli önünə gül dəstələri qoyaraq mərkəzin foyesindəki eksponatlarla tanış olur, xatirə şəkilləri çəkdirir  və buradan xoş təəssüratla məktəbə qayıdırlar.

Tədbirə cəlb edilən 10 nəfər  qabaqcıl tarix müəllimi müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin tarixi xidmətləri barədə birinci dərslərdə ətraflı məlumat verir, ikinci saatlarda isə sənədli filmlər nümayiş olunur.

Tədbirlərdə iştirak edən Şamaxı RTŞ-ın müdiri, filologiya üzrə fəlsəfə doktoru Eyvaz  Eminalıyev ulu öndərin  ən çətin günlərdə xalqla birlikdə olduğundan, bacarıqlı dövlət  xadimi, müdrik sərkərdə kimi Azərbaycanın nicatını təmin etməsindən, vətəndaş müharibəsinə necə son qoymasından, Milli Ordu quruculuğu, Neft  Strategiyası sahəsindəki parlaq siyasətindən danışaraq  şagirdlərə tövsiyələr verir.

Dərslərdə Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndələri də iştirak edirlər.  

Ədalət  MƏMMƏDOV,
Şamaxı RTŞ Metodkabinetinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov